Rusiyada An-24 sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı artıb.
Teleqraf.com-un məlumatəna görə, Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı 22 nəfər xəsarət alıb. Onlardan 15-ə ambulator tibbi yardım göstərilib, daha 7 nəfər xəstəxanaya yerləşdirilib.
Qəza enişi zamanı 2 pilot həlak olub.
Qeyd edək ki, Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.
Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.
İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.