10 Sentyabr 2014 13:24
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiçlə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdən sonra nazirlərin birgə brifinqi olub.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanla Serbiya arasında çox geniş və dərin əməkdaşlıq var: “Görüş zamanı bir sıra məsələlər müzakirə edilib. Serbiya və Azərbaycan bir-birinə ərazi bütövlüyü məsələsində də dəstək verir. Serbiya gələn il ATƏT-ə sədrlik edəcək. Bu istiqamətdə də müzakirələr aparılıb. Serbiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq da maraqlıdır”.

Serbiyanın XİN rəhbəri İvitsa Daçiç yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu bildirib. O, Azərbaycan şirkətlərini Serbiyaya investisiya qoymağa çağırıb. Nazir deyib ki, gələn il ATƏT sədri kimi münaqişələrin həlli məsələsinə xüsusi diqqət ayıracaq: “Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi qəbuledilməzdir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər