10 Sentyabr 2014 13:57
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edir

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə Fransa tərəfindən təklif daxil olduğunu açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, nazir qeyd edib ki, hazırda görüşün konkret vaxtı və proqramı müəyyənləşdirilir: “Amma hələ ki danışıqların hansı sənəd üzrə olacağından söhbət getmir. Əgər sənəd olsa, ilk növbədə bu, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını özündə ehtiva etməlidir. Qoşunlar işğal olunmuş ərazilərdə nə qədər çox qalsa, digər məsələləri həll etmək bir o qədər problemli olacaq. Qoşunlar işğal olunmuş ərazilərdən çıxarılsa, digər məsələləri həll etməyə razıyıq və hazırıq. Artıq məsələ öz həllini tapmalıdır. Gərək qısa müddət ərzində böyük sülh sazişi üzərində işə başlayaq. Yenə də qeyd etmək istəyirəm ki, regionda sülhə ən böyük təhlükə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qalmasıdır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər