Neftçalada 1 nəfərin ölümü, 3 nəfərin xasarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Tatarməhlə kəndi ərazisində qeydə alınıb. Magistralda hərəkətdə olan “Mercedes” markalı avotmobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Salyan şəhər sakini Əminə Hüseynova dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər - Eldəniz Hüseynov, Samir Məmmədov və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.