İranda qəsdən adam öldürmədə ittiham olunaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, məhkum dörd gün əvvəl edam edilsə də, bu barədə xəbər yeni yayılıb.
Məlumata görə, 4 il əvvəl naməlum səbəbdən 50 yaşlı qadını qətlə yetirən və adı mediaya açıqlanmayan məhkum iyulun 4-də Kaşan həbsxanasında dara çəkilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.