10 İyul 2019 00:29
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com