14 İyul 2019 22:54
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.

Teleqraf.com-un məlumatına görə, hadisə Ufa - Beloresk avtomobil yolunda baş verib.

Belə ki, içərisində 39 nəfər sərnişin olan "King Long XMQ" markalı avtobus aşıb. Qəza nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər yaralanılıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.


Müəllif: Teleqraf.com