Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi “Otoyol” markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.