20 İyul 2019 20:45
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Pirşağı qəsəbəsində 1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov