23 İyul 2019 13:04
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində naməlum şəxs Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.

Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov