24 İyul 2019 12:33
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyərtəsində "Neftçi" komandasının da yer aldığı Bakı - Moskva təyyarəsi uçuşa başlayıb.

AZAL-a məxsus təyyarənin uçuşu 5,5 saatlıq ləngimədən sonra gerçəkləşib./report/

**

10:14

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" klubu "Arsenal" ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.

Buna səbəb Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problem aşkarlanmasıdır.

Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib.

Komanda Rusiyanın paytaxtından "Arsenal"ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək.

Oyun öncəsi "Neftçi"nin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 24-ü "Arsenal" mərkəzi stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi olacaq.

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq./report/


Müəllif: Teleqraf.com