Bakı şəhərində 5 mərtəbəli yaşayış binasında mənzil yanıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, yanğın paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və mənzilin eyvanında 5 m² sahədə dolab yanıb.
Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyü 3 m² sahədə qarsalanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.