Salyanda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində Yardımlı rayon sakinləri - 1991-ci il təvəllüdlü Bağırova İntizar Ədalət qızı, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlu və 2010-cu il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı Sadiq Yarıyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.