11 Avqust 2019 23:12
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Çinarlı qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com-un məlumatına görə, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində Qüdrət Xəlilov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onların vəziyyətinin orta-ağır və ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com