Bakıda itkin düşən bacı-qardaşın oğurlandığı iddia olunur.
Bu iddianı APA-ya açıqlama verən itkin düşən uşaqların anası Çiçək Abbasova səsləndirib.
O, qeyd edib ki, uşaqların oğurlanmasına dair şübhələri barədə polisə də məlumat verib: “Bundan iki gün əvvəl işlədiyim kafeyə bir qadın gəldi. Onun yanında azyaşlı uşaq var idi. Adını Gözəl kimi təqdim edən həmin qadın ac olduğunu bildirdi. Onu kirayədə yaşadığım evə apardım, yemək verdim. Onlar gecəni bizdə qaldılar. Mən səhər işə gedəndə qadın hələ bizdə idi. Axşam evə qayıdanda gördüm ki, uşaqlarım yoxdur.
Dərhal hadisə ilə bağlı polisə məlumat verdim. Uşaqlarımın həmin qadın tərəfindən oğurlanmasından şübhələnirəm. Övladlarımın tezliklə sağ-salamat tapılacağına ümid edirəm”.
Ç.Abbasova qeyd edib ki, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Çiçək Aslanova Unikal.org-an bildirib ki, Binəqədi polisinin apardığı araşdırma nəticəsində məlum olub ki, uşaqlarını evinə gətirdiyi tanımadığı qadın oğurlayıb: "O qadın qaraçı imiş. Uşaqları özü ilə Bərdəyə aparıb. Bərdə polisi həmin qadını saxlayıb və övladlarım Bakıya gətirilir".
***
11:11
Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və itkin düşüblər.
Avqustun 15-də, günortadan sonra uşaqlar həyətdə oynayırmışlar. Həmin zaman onların anaları işdə olub.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edilib.
Uşaqları görənlərdən, onların harda olması barədə məlumatı olanlardan 055-904-99-99 nömrəsinə zəng etmələri xahiş olunur./report/