16 Avqust 22:54

Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 15-də saat 19 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Yuxarı Daşkəsən qəsəbə sakini Q.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini A.Hüseynovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com