19 Avqust 2019 23:27
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala sakinini elektrik cərəyanı vurub.

Teleqraf.com-un məlumatına görə, hadisə bu gün saat 19:00 radələrində rayonun Qaraqaşlı kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Şükürov Rüstəm Yaqub oğlu işıq dirəyində məftilləri bir-birinə bağlayan zaman ehtiyatsızlıq edib.

Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com