22 Avqust 2019 19:53
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunun Əzgilli kəndi ərazisində ev yanıb.

Teleqraf.com xəbər verir ki, 1965-ci il təvəllüdlü Rəhman Quliyevə məxsus, ümumi sahəsi 104 kvadratmetr olan birmərtəbəli, dördotaqlı evin 1 otağı içərisindəki əşyalarla birgə yanıb. Yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib. Onlara ambulator yardım göstərilib. Yanğın söndürülüb.

Yanğına elektrik xətlərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Yanğın olan əraziya texnika qalxa bilməyib. Canlı qüvvə piyada hərəkət etməyə məcbur olub.


Müəllif: Teleqraf.com