17 Sentyabr 2019 10:46
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Balakəndə naməlum xəstəliyin yayılması və kəndlərdə karantin elan edilməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:

"Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər