18 Sentyabr 2019 15:18
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Cəlilabad rayon sakini olan qadın sentyabrın 16-da axşam saatlarında bir nəfərin onu döydüyünü, habelə bıçaqla hədələyib, 60 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Rzayev saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər