19 Sentyabr 2019 17:14
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı "Atəşgah" sığortanın əməkdaşlarından biri ölüb, biri isə yaralıdır.

Sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb.

O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Şirkətin avtomobildə olan digər əməkdaşı K.Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib. Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub./

***

16:20

Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

İki avtomobil - "Hyundai-İX35" və "Mercedes"in toqquşub.

Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər