19 Sentyabr 2019 19:42
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com