Bakı metrosunda cinayət törədən şəxslər tutulub.
Teleqraf.com xəbər verir ki, sentyabrın 25-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında şəxsiyyəti məlum olmayan 3 nəfər Sabirabad rayon sakini H.Bağırlını aldadıb, onun mobil telefonunu alıb.
Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini M.Səmədov, Ağdam rayon sakinləri E.Bəşirov və C.Mustafayev saxlanılıblar.