Bakının Suraxanı rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki mağazaların birindən 873 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Həsənov, R.Dadaşzadə və onun qardaşı H.Dadaşzadə saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.