Bakının Nərimanov rayonunda yaşlı kişinin meyiti aşkar olunub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda kafenin damından 1 nəfərin meyitinin götürülməsi üçün müraciət daxil olub.
hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1933-cü il təvəllüdlü Dubovik Eduard Adamoviçin meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.