16 Sentyabr 2014 11:17
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində sentyabrın 15-də Rumıniya Senatının sədri Kalin Popesku Tariçeani ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rumıniyanın siyasi-iqtisadi və humanitar sahələrdə sıx əlaqələrə malik olması, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı qeyd olunaraq, iki ölkə arasında dostluq və tərəfdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacib rol oynadığı vurğulanıb.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini qeyd edən E.Məmmədyarov Rumıniyanın bu istiqamətdə dəstəyini yüksək qiymətləndirib.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barəsində məlumat verib və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrində Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasının tələb olunduğunu deyən E.Məmmədyarov Ermənistan tərəfindən BMT TŞ-nın qətnamələrinin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər