12 Oktyabr 2019 21:46
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

Mikroavtobusun aşması nəticəsində Quliyeva Pərvanə (1986-cı il təvəllüdlü), Nəsibov Vüsal (1987-ci il), Babayeva Gülluf (1956-cı il), Oruclu Zöhrə (1999-cu il), Cəlilova Zülfüyə (2003-cü il), Orucova Tamilə (1986-cı il), Kərimli Rəşid (2012-ci il), Muğalova Gülnarə (1984-cü il) və Göycəliyev Pərvin (1992-i il) xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 2-nin xəsarəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com