15 Oktyabr 2019 20:13
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 6 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com