Türkiyənin Antalya şəhərində bir binanın səkkizci mərtəbəsində yaşayan ailədə dəhşətli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, ailənin dörd üzvünün evdə meyiti tapılıb.
Hadisə gecə saat 02:00 radələrində baş verib. Ailədən xəbər ala bilməyən qohumu polisə müraciət edib. Hadisə yerinə gələn polis onların cansız cəsədi ilə qarşılaşıb.
Araşdırma başlayıb və ailə üzvlərinin kimyəvi maddəyə görə zəhərləndiyi qeyd edilib.
Təhlükəsizlik məqsədi ilə bina boşaldılıb.