Bakının Binəqədi rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 29-dan noyabrın 10-dək olan müddətdə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 12.300 manat dəyərində dəmir qapılar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini P.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.