15 Noyabr 2019 13:01
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Tərtər rayon sakini M.Əliyevin mobil telefonunu və içərisində 50 manat, 55.000 rubl (1320 manat) olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov