Türkiyənin Kayseri şəhərində əqli cəhətdən qüsurlu olan şagird müəllimi tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, müəllim şagirdi təpikləyərkən, hadisənin şahidi olan şəxs baş verənləri telefonun kamerası ilə lentə alıb.
Xəbərə görə, müəllim şagirdi cəzalandırıb və onu voleybol oyununa buraxmayıb. Məktəbin bağçasında oturan, "məni oynatmırlar" deyərək, ağlayan şagirdə bədən tərbiyəsi müəllimi belə cavab verib: "Mən sənə oynamağa icazə vermirəm. Müəllim mən deyiləm? İcazə vermirəm". Bu, azmış kimi müəllim ağlayan şagirdə ayağı ilə zərbə də vurub.
Hadisə ilə bağlı araşdırma aparılıb və təhsil müəssisəsini rəhbəri də daxil olmaqla 6 nəfər işdən çıxarılıb.
Bədən tərbiyəsi müəllimi isə özünü müdafiə edib və hadisə barədə bunları deyib: "O şagird dərsdən qaçmışdı. Səhvini başa düşsün deyə mən onu cəzalandırdım, bir həftə ona oynamağı qadağan etdim".