25 Noyabr 2019 13:38
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Xırdapay kəndi ərazisində kənd sakini Mehman Əhmədov idarə etdiyi “QAZ-2410” markalı avtomobili qarşıda gedən Şəmkir rayon sakini F.Mahmudovun idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurub.

Nəticədə M.Əhmədov və sərnişini Vüqar İbadov hadisə yerində ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov