Cəlilabad rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Soyuqbulaq kənd sakini O.Sadıqov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş O.Sadıqovun vəziyyəti orta-ağırdır.
Cəlilabad rayon polis şöbəsənin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.