9 Dekabr 2019 10:00
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Aeroport yolunda üzü Mərdəkan istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. "Jeep", "Opel" və "Saipa" markalı avtomobillər arasında baş verən zəncirvari qəzada xəsarət alanın olduğu da deyilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Adıçəkilən ərazidə avtomobillər arasında sıxlıq müşahidə olunur./trend/


Müəllif: Teleqraf.com