9 Dekabr 2019 13:04
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi şənbə günü baş verən dəhşətli qəzalarla bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 7-də saat 17 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində şəhər sakini İ.Dünyamalıyevin idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Müşfiq Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.

Nəticədə M.Abdullayev hadisə yerində ölüb.

Daha bir qəza həmin gün saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini M.Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Sahib Ələkbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Oxşar hadisə Cəlilabadda da qeydə alınıb.

Dekabrın 7-də saat 22 radələrində Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində Adnalı kənd sakini B.Şirəliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb.

Sürücünün xəstəxanaya yerləşdirilmiş sərnişini olan arvadı Könül orada ölüb.

Bundan başqa, dekabrın 7-də saat 23 radələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində kənd sakini İ.İsmayılov idarə etdiyi “Mercedes” markalı 50 CB 580 N-li avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Ramal Abışov orada ölüb.

Bütün faktlarla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov