22 Sentyabr 2014 20:41
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov Pakistanın mərkəzi dövlət televiziya (PTV) kanalına müsahibə verib. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müsahibə zamanı səfir Pakistan-Azərbaycan münasibətlərinə dair sualları cavablandırıb, o cümlədən ikitərəfli münasibətlərin inkişafı istiqamətində bu il və 2015-ci il ərzində görüləcək işlər, nəzərdə tutulan ikitərəfli rəsmi səfərlər haqqında məlumatlar verib.

Müsahibə zamanı səfir D.Şikarov, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, münaqişənin nəticələri, qaçqınların və məcburi köçkünlərin üzləşdiyi problemlər və dövlətin bu problemlərin həlli istiqamətində atdığı addımlar, Xocalı soyqırımı, beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar barəsində izləyicilərə geniş məlumatlar verib. O, bu məsələdə tutduğu mövqeyə görə Pakistan rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Eyni zamanda səfir D.Şikarov son zamanlar Azərbaycanda həyata keçirilən layihələr və müxtəif sahələrdə əldə etdiyi uğurlar, həmçinin ölkəmizin tarixi, adət-ənənələri, musiqisi, ədəbiyyatı barəsində də ətraflı məlumat verib.
Səfir, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun Pakistanda fəaliyyəti barəsində suala cavab verərək, bu təşkilat tərəfindən Pakistanda baş vermiş sel daşqınları zamanı zərər çəkmiş insanlara humanitar yardım ediləcəyini də vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər