ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Nyu-Yorkda BMT Baş Assambleyasının açılışına qatılıb.
APA-nın xəbərinə görə, diplomat bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Nyu-Yorkda BMT Baş Assambleyasının açılışında olmağa çox şadam”, - deyə C. Uorlik qeyd edib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Baş Assambleyanın iclasında iştirak edir.