15 Yanvar 2020 16:52
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ölümlə nəticələnən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Məlumata görə, yanvarın 15-də İmişli rayonunun Cəfərli kəndi ərazisində rayon sakini Zaur Mirzəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.

Nəticədə avtomobildəki sərnişinlər – rayon sakinləri E.Mehdiyev, E.Mustafayev və Nicat Məmmədov xəstəxanaya yerləşdiriliblər, N.Məmmədov orada ölüb.

Avtomobil sudan çıxarılmış, sürücünün tapılması istiqamətində tədbirlər görülür.

Bundan başqa, dekabrın 29-da saat 23 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Sumqayıt şəhər sakini M.Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “VAZ-21074” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini T.Ağayev müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov