Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə yanvarın 16-da saat 18 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində qeydə alınıb.
Yeni Şərif kənd sakini C.Çunayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Abdurəhman Hacıyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Balakən rayon polis şöbəsində araşdırma aparılır.