21 Yanvar 2020 10:34
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda taksi sürücüsünə qarşı cinayət hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Qafarov yanvarın 16-da saat 22 radələrində idarə etdiyi “Cherry” markalı avtomobildə sərnişin qismində olan şəxsin onu bıçaqla hədələyərək 150 manat pulunu aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər keçirilib. Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər