Daxili İşlər Naziliyi paytaxtda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 20-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini T.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Peykar Məcnunovanı vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, Peykar Məcnunova fotoqraf Səfiyar Məcnunun anasıdır.