21 Yanvar 2020 15:37
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir".

Teleqraf.com xəbər verir ki, bunu ötən ilin yekunlarına dair keçirilən müşavirədə Baş Dövlət Yol Polisi Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

Bildirib ki, qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər