26 Yanvar 2020 14:44
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanında daş parçası asılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata əsasən, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər