29 Yanvar 2020 16:36
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub.

Daxil olan müraciət əsasında Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal rayon Polis İdarəsi və 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan E.Paşayev gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.

Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinə şübhəli şəxslər ətrafında əməliyyat - istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər