Şamaxıda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisində yerləşən "Yeddi Günbəz" qəbirstanlığının yaxınlığında 1991-ci il təvəllüdlü Orxan Hacıyev həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevlə şəxsi münasibətlər zəminində mübahisə edib.
Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı Ruslan Surxayevi bıçaqlayaraq öldürüb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.