1 Fevral 2020 22:18
3 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, hazırda əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın toy mərasimi davam edir.

Teleqraf.com xəbər verir ki, toy məclisində xoşagəlməz hadisə yaşanıb.

Belə ki, Murad Arif mahnı ifa edərkən, işıqlar sönüb və fonoqrama kəsilib.

Toyun baş tutduğu məkanda işıq sistemi dağılıb. Əldə etdiyimiz məlumata görə, hələ də işıq bərpa olunmayıb.

Məkan qaranlığa qərq olub.

Qeyd edək ki, Aynişan Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə evlənir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər