Bakının Suraxanı rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.
Bundan başqa, Qəbələ rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uludaş kənd sakini P.Cavadovdan müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Daha bir əməliyyat Samuxda keçirilib.
Samux rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Abbasov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilib.
Sabirabad rayonunda isə keçirilən əməliyyat nəticəsində oğurluq faktının üstü açılıb.
Sabirabad rayon polis şöbəsinə müraciət edən Bulduq kənd sakini N.Mehdizadə fevralın 3-də kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tərdbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev avtomobillə birgə Baş Dövlət Yol Polisi İdarəsinin postunda polis əməkdaşları tərəfindən saxlanılıb və rayon polis şöbəsinə təhvil verilib.