Bakının Xəzər rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkət edilib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət edilməsi barədə polisə məlumat verilib.
Məlum olub ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü F.Hüseynov 7 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.
Onyun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkət etmə) maddəsi ilə ittiham elan edilib.
Faktla bvağlı Xəzər rayon Polis İdarəsi istintaq şöbəsində cinayət işi başlanılıb.
Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün Binə qəsəbəsində 7 yaşlı qıza təcavüz etmək istəyiblər. Amma səs-küy yarandığı üçün cinayəti törətmək istəyən şəxs hadisə yerindən qaçıb.