24 Sentyabr 2014 18:25
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan cəmiyyəti beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyir”.

Teleqraf.com-un məlumatına görə, bu fikri AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, Azərbaycanın bir milyondan çox vətəndaşının hüququ Ermənistan tərəfindən pozulur. Onun sözlərinə görə, işğal nəticəsində bu insanlar doğma torpaqlarında yaşamaq hüququndan məhrum olublar.

“Beynəlxalq təşkilatlar bu fakta ciddi diqqət yetirməlidir. Xüsusilə insan hüquqları ilə məşğul olan qurumlar bu insanların hüquqlarının bərpası istiqamətində əməli addımlar atmalıdır. Amma təəssüf ki, onlar bu məsələyə laqeyd yanaşır, əvəzində müxtəlif cinayətlər törətmiş şəxslərin müdafiəçilərinə çevrilirlər. Ona görə də, cəmiyyətimizdə həmin təşkilatlara qarşı etimadsızlıq var”, – deyə, F.Ağamalı vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər